Son 12 gündə 30 mindən çox uşaq bağçaya qəbul olunub

30.07.2025

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məktəbəqədər təhsil müəssisələrinə qeydiyyatın başlandığı 18 iyul tarixindən indiyədək 32 min 381 uşağın bağçaya qəbul olunması ilə bağlı valideynlərə sms göndərilib.

"Cebheinfo.az" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova səsləndirib.

O bildirib ki, bağçaların mövcud olmadığı və ya əhalinin sıx yaşadığı ərazilərdə uşaqların məktəbəqədər təhsilə cəlbedilməsi üçün alternativ olaraq qısamüddətli təlimqrupları fəaliyyət göstərir:

"Bu qruplar əsasən ümumtəhsil məktəblərinin nəzdində yaradılır".

"Cebheinfo.az" 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью