Son 13 ildə ilk: Gümüş 37 dolları keçdi

10.06.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

2025-ci ilin iyul ayında tədarük üçün nəzərdə tutulan gümüş fyuçerslərinin qiyməti Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 29 fevral 2012-ci ildən bəri ilk dəfə 37 dolları ötüb.

Axar.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə ticarət platformasının məlumatında deyilir.

Məlumata əsasən, gümüş qiyməti 1 troy unsiyası üçün 37,025 dollar (+2,41%) təşkil edib. Bakı vaxtı ilə saat 22:54-də gümüşün qiyməti artımını azaldaraq 36,985 dollar (+2,35%) səviyyəsində olub.

Eyni zamanda, 2025-ci ilin avqustunda çatdırılma üzrə qızıl fyuçerslərinin qiyməti 0,69% artaraq 1 troy unsiyası üçün 3 353,5 dollar təşkil edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью