Son 2 ayda Azərbaycanın valyuta ehtiyatları 828 milyon dollar azalıb

02.12.2024

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Bu ilin noyabr ayında Mərkəzi Bankın valyuta ehtiyatları 403,9 milyon dollar və ya 3,5% azalaraq 10 milyard 967,8 milyon dollara düşüb.
Yeniavaz.com
xəbər verir ki, son 2 aydır valyuta ehtiyatları davamlı olaraq azalır.
Belə ki, bu ilin oktyabr ayında valyuta ehtiyatları 424,1 milyon dollar və ya 3,6% azalıb.
Məlumat üçün bildirək ki, Mərkəzi Bankın valyuta ehtiyatları 2014-cü ilin iyul ayında tarixi zirvəyə – 15 milyard 193 milyon dollara yüksəlib.
Lakin növbəti aydan – avqustdan başlayaraq valyuta ehtiyatlarında azalma müşahidə olunub.
Ən kəskin azalma isə 2014-cü ilin dekabr ayında baş verib – 1 milyard 238 milyon dollar.
Elnur Əli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью