Son 2 gündə paytaxt və bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 16 nəfər müəyyən olunub

29.12.2024

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin gizli satışını təşkil edən şəxslərə qarşı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, paytaxtın Nəsimi, Xətai, Suraxanı, Qaradağ rayonları, həmçinin Sumqayıt şəhəri, Salyan, Biləsuvar, Göyçay, Beyləqan, İmişli və Şabran rayonlarında son 2 gün ərzində keçirilən növbəti tədbirlərlə partlayıcı maddələrin, pirotexniki vasitələrin satışı ilə məşğul olan 16 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb.

Faktlar üzrə toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью