Son 2 ildə 4 milyon suriyalı evlərinə qayıdıb

17.11.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Suriya hökumətində hakimiyyət dəyişdikdən sonra 2024-cü ilin dekabr ayından bəri təxminən 4 milyon suriyalı əvvəlki yaşayış yerlərinə qayıdıb.

İqtisadiyyat.az xəbər verir ki, bu rəqəmləri BMT Baş katibinin humanitar məsələlər üzrə köməkçisi Məhəmməd Yəhya Təhlükəsizlik Şurasının iclasında bildirib.

"2024-cü ilin dekabr ayından bəri təxminən 4 milyon suriyalı könüllü olaraq evlərinə qayıdıb. BMT Təhlükəsizlik Şurasının Suriyadakı vəziyyəti müzakirə etmək üçün 12 oktyabr 2026-cı il tarixində keçirilən əvvəlki iclasından bəri 60 min məcburi köçkün evə qayıdıb ki, bunların üçdə ikisi düşərgələrdəndir.

Bundan əlavə, 18 min suriyalı qaçqın digər ölkələrdən evinə qayıdıb. Xüsusilə, ərazilərin minalardan təmizlənməsi, mənzillərin təmir edilməsi, məktəblərin və tibb müəssisələrinin yenidən qurulması lazımdır. Suriyada milyonlarla insan hələ də məcburi köçkündür, 730 mindən çox insan isə hələ də düşərgələrdə yaşayır. Təxminən 2,4 milyon suriyalının əlavə yardıma ehtiyacı var", - deyə Yəhya qeyd edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью