Son 2 ildə sığorta haqları 1,5 milyard manata çatıb

24.06.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 24 iyun, AZƏRTAC

Son illərdə Azərbaycanda sığorta sektorunun inkişafı istiqamətində mühüm nailiyyətlər əldə olunub. Bu inkişafda sığorta şirkətlərinin xidmət çeşidlərinin genişlənməsi və xidmət keyfiyyətinin artması, əhalinin sığorta məlumatlığının yüksəlməsi, eləcə də Mərkəzi Bank tərəfindən həyata keçirilən sistemli islahatlar mühüm rol oynayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov 11-ci "Azərbaycan Beynəlxalq Sığorta Forumu"nda (AIIF-2026) bildirib.

O deyib ki, son 2 il ərzində sığorta haqları 23 faiz artaraq 1,5 milyard manata, sığorta ödənişləri isə 57 faiz artaraq 0,9 milyard manata çatıb. Eyni zamanda, sektorun aktivləri 18 faiz artaraq 2,1 milyard manat təşkil edib. Sektorun kapital mövqeyi də əhəmiyyətli dərəcədə güclənib, məcmu kapitalın həcmi kapital tələblərini 2 dəfəyə yaxın üstələyib. Bu göstəricilər sığorta sektorunun sağlam inkişaf trayektoriyasında olduğunu və maliyyə sabitliyinin daha da möhkəmləndiyini nümayiş etdirir.

Fotoqraf - Azər İbrahimov

Videooperator - Vüsal Tağıyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью