Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir. Ölkəmizdə yol infrastrukturunun yenilənməsi Azərbaycan Prezidenti İlham Əliyevin
Prezident İlham Əliyevin birbaşa tapşırıq və Sərəncamları əsasında respublikanın avtomobil yollarının inkişafı istiqamətində çox mühüm layih
Təsadüfi deyil ki, ölkəmizdə XIX əsrdən başlayan yol tikintisinin ən möhtəşəm inkişaf dövrü məhz son 20 ili əhatə edir.
Bu müddətdə yol infrastrukturu həm yenilənmiş, həm də böyümüşdür.
Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsi və inkişafı istiqamətində paytaxtda və regionlarda çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhər yollarında 2004-2024-cü illər ərzində beynəlxalq standartlara cavab verən, müasir texnologiyalar əsasında, orijinal dizaynda 335 körpü və yol ötürücüsü tikilmiş, 56-ı təmir edilmiş, 163 yeraltı və yerüstü piyada keçidi və 45 tunel inşa edilmişdir.
Təbii ki, bu qurğuların istismara verilməsi nəqliyyat sistemində sıxlıq və tıxacların aradan qaldırılması, vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsinin təmin edilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
Ölkəmizdə yeni yolların salınması, mövcud yolların əsaslı şəkildə yenidən qurulması ilə bağlı layihələr durmadan uğurla davam etdirilir.