Son 24 ilin ən yaxşı yarımmüdafiəçiləri müəyyənləşib

06.12.2024

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

XXI əsrdə dünya futbolunun ən yaxşı yarımmüdafiəçiləri müəyyənləşib. Sport24.az xəbər verir ki, siyahını Böyük Britaniyanın nüfuzlu "GiveMeSport" nəşri tərtib edib.

İlk pillədə İspaniya yığması ilə iki dəfə Avropa, bir dəfə dünya çempionu olmuş "Barselona"nın sabiq futbolçusu Xavi Ernandes qərarlaşıb.

Xorvatiya millisinin və "Real"ın üzvü Luka Modriç ikinci, karyerasını bitirmiş digər ispaniyalı Andres İnyesta üçüncü sırada göstərilib.

Növbəti mövqelərdə Toni Kroos, Kevin De Bruyne, Bastian Şvaynştayger, Frenk Lempard, Stiven Cerrard, NQolo Kante və Anrea Pirlo yer alıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью