Son 24 saatda dünyada nələr olub?

10.11.2026

Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Amsterdamda 200 min nəfər aksiyaya çıxıb. Onlar Niderland hakimiyyətindən İsraillə silah sövdələşmələrini və ticarəti dayandırmağı tələb edir.
Ukrayna ordusunun zərbələrindən sonra Rusiyanın bölgələrində yenə yanacaq çatışmır.
Kanada Rusiyanın hərbi sənayesinə qarşı yeni sanksiyalar tətbiq edib.
Fransada soyuducu sistemlərə kiberhücumlar olub, İrandan şübhələnilir.
Aİ Rusiyanın Fransadakı iğtişaşlardan sosial şəbəkələrdə təsir üçün istifadə etməsini araşdırır.
NVidia şirkətinin rəhbəri Censen Huanq Çin casusu olduğu ehtimal edilən qadınla münasibətini etiraf edib. Bundan sonra şirkətin direktorlar şurası araşdırmaya başlayıb.
Almaniya müdafiə xərclərini kəskin artırır və Avropanın ən güclü ordusunu yaratmağı planlaşdırır.
İsrailin Remilk startapının laboratoriyada hazırladığı süd artıq mağazalarda satılır.
BƏƏ xəbərdarlıq edib: İran böhranından çıxış tapılmaya bilər.
Britaniya Rusiya gəmilərini izləmək üçün dəniz dronları hazırlayır.
Tramp İranla atəşkəsi uzadıb, blokada isə qalır.
Ərdoğan Trampı İran ətrafında yeni eskalasiyaya yol verməməyə çağırıb.
İran mediası: ABŞ Qəşm adasına zərbə endirib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью