Son 24 saatda Qəzzadakı xəstəxanalara 60 dan çox ölü və 184 yaralı yerləşdirilib

29.05.2025

Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son 24 saat ərzində Qəzza zolağında 67 ölü və 184 yaralı xəstəxanalara yerləşdirilib.
Missiya.Az 
xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik həmçinin İsrailin hücumları nəticəsində ölənlərin sayının 54.249-a yüksəldiyini, 7 oktyabr 2023-cü ildən bu yana 123.492 nəfərin yaralandığını qeyd edib, 98 ölüm hadisəsinin təfərrüatları müəyyənləşdirilərək Məhkəmə-Hüquq Komitəsi tərəfindən təsdiqləndikdən sonra sayıldığını bildirib.

2025-ci il martın 18-dən indiyədək ölənlərin ümumi sayı 3986 nəfərə çatıb, 11451 nəfər yaralanıb.

Zərintac Mayisqızı
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью