Son 3 mövsümdə 2 ci dəfə Premyer Liqanı tərk etdi

20.04.2025

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

"Lester Siti" gələn mövsüm Çempionşipdə çıxış edəcək.

Sportal.az xəbər verir ki, Rud van Nistelrooyun baş məşqçisi olduğu komanda Premyer Liqanı tərk edib. Belə ki, 33-cü turda bu gün "Liverpul"a 0:1 hesabı ilə uduzduqdan sonra bu rəsmiləşib.

Komanda 33 turda cəmi 18 xal toplayıb və 17-ci pillədə qərarlaşan "Vest Hem"dən 18 xal geri qalır. Mövsümün sonuna isə cəmi 5 tur qalıb.

"Lester Siti" son üç mövsümdə ikinci dəfə Premyer Liqanı tərk edir.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью