“Son 30 ildə dövlətimizin büdcəsi 50 dəfə artıb Nazir müavini | Icma.az
Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir. “Son 30 ildə dövlətimizin büdcəsi təxminən 50 dəfə artıb.
Bu, çox maraqlı rəqəmdir. 2004-2024-cü illərdə Azərbaycan iqtisadiyyatı 3.8 dəfə, o cümlədən qeyri-neft sektoru 3.7 dəfə artıb.
2003-cü ildə yoxsulluq səviyyəsi 44,7%, işsizlik səviyyəsi 9.2% təşkil etdiyi halda, 2024-cü ildə həm yoxsulluq, həm də işsizlik səviyyəsi 5.3%-ə düşüb".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən "Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik" mövzusunda elmi-praktik konfransda çıxışı zamanı iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.
"2004-2024-cü illərdə Azərbaycan iqtisadiyyatına 344.4 milyard dollar sərmayə qoyulub.
Onun da 213.2 milyard dolları qeyri-neft sektoruna yönəldilib.
Bu investisiyalar Azərbaycana xarici investorların, beynəlxalq tərəfdaşların etimadının və ölkədəki sabitliyin göstəricidir”, - deyə nazir müavini bildirib.
Anar Kəlbiyev Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu