Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin sayı açıqlandı

29.11.2024

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“1987-ci ildən 2024-cü ilin III rübünün sonunadək, yəni son 37 ildə Azərbaycanda 10 min 108 İİV xəstəsi rəsmi qeydiyyata alınıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.

Onun sözlərinə görə, onlardan 7026 nəfəri (69,5%) kişi, 3 min 82 nəfəri isə (30,5%) qadınlardır.

F.Məmmədov qeyd edib ki, Azərbaycanda digər region ölkələri ilə müqayisədə İİV infeksiyası ilə xəstələnmə göstəricisi olduqca aşağıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью