Son 4 ildə 12,3 mindən çox imtiyazlı şəxsi sanatoriyakurort yollayışı ilə təmin edilib

23.11.2024

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi son 4 ildə 12,3 mindən çox imtiyazlı vətəndaşı müxtəlif sanatoriya və kurort mərkəzlərinə yollayışla təmin edib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onların sırasına əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər daxildir.

Həmin şəxslər xəstəliklərinə uyğun olaraq ölkəmizin bölgələrindəki sanator-kurort və müalicə mərkəzlərində müalicə kursu keçiblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью