Son 4 ildə 12,3 mindən çox imtiyazlı şəxsi sanatoriyakurort yollayışı ilə təmin edilib AZƏRTAC

23.11.2024

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 23 noyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi son 4 ildə 12,3 mindən çox imtiyazlı vətəndaşı müxtəlif sanatoriya və kurort mərkəzlərinə yollayışla təmin edib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onların sırasına əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər daxildir.

Həmin şəxslər xəstəliklərinə uyğun olaraq ölkəmizin bölgələrindəki sanator-kurort və müalicə mərkəzlərində müalicə kursu keçiblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью