Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Son dörd ildə Azərbaycanın xarici ticarət dövriyyəsində əldə edilən müsbət saldo kəskin şəkildə azalıb.
Axar.az statistikanı təqdim edir:
2022-ci il: Xarici ticarət dövriyyəsi 56 milyard 212 milyon dollar təşkil edib – 41 milyard 672 milyon dollar ixrac, 14 milyard 539 milyon dollar idxal.
Müsbət saldo - 27 milyard 132 milyon dollar.
2023-cü il: Xarici ticarət dövriyyəsi 46 milyard 774 milyon dollar olub – 29 milyard 489 milyon dollar ixrac, 17 milyard 285 milyon dollar idxal.
Müsbət saldo - 12 milyard 204 milyon dollar.
2024-cü il: Xarici ticarət dövriyyəsi 47 milyard 396 milyon dollar təşkil edib – 26 milyard 338 milyon dollar ixrac, 21 milyard 58 milyon dollar idxal.
Müsbət saldo - 5 milyard 280 milyon dollar.
2025-ci il (statistika tamamlanmayıb): Xarici ticarət dövriyyəsi 49 milyard 423 milyon dollar təşkil edib - 25 milyard 43 milyon ABŞ dolları ixrac, 24 milyard 380 milyon ABŞ dolları idxal.
Müsbət saldo - 663 milyon dollar.