Son 5 ildə avtomobil nəqliyyatı ilə tranzit daşımaların sayı açıqlanıb

03.02.2025

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son 5 ildə avtomobil nəqliyyatı ilə tranzit daşımaların sayı 4,6 dəfə artaraq 375 256 olub.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, 2020-ci ildə bu rəqəm 80 737 təşkil edib.

Məlumata əsasən, daşımaların həcmi isə 4,8 dəfə artaraq 7 milyon tondan çox olub.

İkitərəfli beynəlxalq yük daşımalarının həcmi 1,5 dəfə artaraq 7 milyon tondan çox olub.

Beləliklə, 2024-cü ildə tranzit və ikitərəfli beynəlxalq yük daşımalarının ümumi həcmi 14 milyon tondan artıq olub.

(trend)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью