Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana bu ilin yanvar-may aylarında 26 min 805 ədəd avtomobil idxal edilib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, ötən 5 ayda ölkənin avtomobil idxalının dəyəri isə 542 milyon 270 min dollar olub.
İllik müqayisədə avtomobil idxalında 15 981 ədəd azalma qeydə alınıb. Son 5 ilin göstəricilərinə baxsaq, idxalda həm miqdar, həm də dəyər baxımından dalğalanmalar olduğunu görə bilərik. 2022-ci ildən (yanvar-may aylarında) bəri idxal edilən avtomobillərin sayı bu qədər olub:
İllər (yanvar-may ayları)
Sayı
Dəyəri (dollar)
2026
26 805
542 milyon 270 min
2025
42 786
789 milyon 752 min
2024
35 570
648 milyon 458 min
2023
40 264
611 milyon 968 min
2022
28 681
369 milyon 469 min
Bizi sosial şəbəkələrdən izləyin!!