Son 5 ildə Azərbaycana nə qədər elektrikli avtomobil idxal edilib?

02.06.2025

Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar-aprel aylarında 609 ədəd yalnız elektriklə işləyən (elektromobil) avtomobil idxal edilib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, ötən 4 ayda ölkənin elektromobil idxalının dəyəri isə 20 milyon 411 min dollar olub.

İllik müqayisədə elektromobil idxalında azalma müşahidə edilir. Lakin son 5 ilin göstəricilərinə baxsaq, idxalda ciddi artım olduğunu görə edə bilərik. 2021-ci ildən (yanvar-aprel aylarında) bəri idxal edilən elektrikli avtomobillərin sayı bu qədər olub:

İllər (yanvar-aprel ayları)

Sayı

Dəyəri (dollar)

2025

609

20 milyon 411 min

2024

1 012

43 milyon 429 min

2023

568

23 milyon 771 min

2022

92

2 milyon 920 min

2021

24

947 min

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью