Son 5 ildə Azərbaycanda ən çox qar nə vaxt və hara düşüb? Açıqlama

09.02.2026

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Son beş ildə qar örtüyünün maksimal hündürlüyü Lerikdə qeydə alınıb. Belə ki, 2026-cı ilin ötən dövrü ərzində qar örtüyünün maksimal hündürlüyü yanvar ayında 116 sm-ə çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Şəbnəm Qurbanova bildirib.

Onun sözlərinə görə, 2026-cı ilə qədərki beşillikdə isə ölkə ərazisində qar örtüyünün maksimal hündürlüyü 2025-ci ilin fevral ayında qeydə alınıb:

"Həmin vaxt Qax rayonunun Sarıbaş kəndində qar örtüyünün hündürlüyü 95 sm olub. Eyni ildə Bakıda və Abşeron yarımadasında isə qar örtüyünün hündürlüyü 13 sm qeydə alınıb".
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью