Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Tottenhem” Cənubi Koreyanın mebel istehsalçısı “Sidiz” şirkəti ilə əməkdaşlığı vaxtından əvvəl dayandıracaq.
QOL.az “The Telegraph”a istinadən xəbər verir ki, şirkət müqavilədə əməkdaşlığa vaxtından əvvəl xitam verilməsinə imkan verən bənddən istifadə edib. Tərəflər arasında müqavilə oktyabrın sonunda başa çatacaq.
“Sidiz” “Tottenhem”in məşq bazasını, eləcə də stadiondakı mətbuat zonasını xüsusi kreslolarla təmin edirdi. Klubun baş məşqçisi Roberto De Zerbi də bazada həmin şirkətin kreslosundan istifadə edir.
“Sidiz” son 6 ayda “Tottenhem”lə əməkdaşlığı dayandıran ikinci sponsor olub. Bundan əvvəl Cənubi Koreyanın başqa bir şirkəti “Kumho Tyre” ötən mövsümün sonunda klubla təxminən 10 illik tərəfdaşlığına son qoyub.
Qeyd edək ki, bu mövsüm “Tottenhem” uğursuz çıxış edir. Komanda Premyer Liqada 5 oyundan 2 xalla sonuncu - 20-ci yeri tutur.