Son 7 ayda DSMF dən alınan elektron arayışların sayı açıqlanıb

06.08.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti


Cari ilin yanvar–iyul ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə 134 min 651 elektron arayış alınıb.

Bu barədə XQ-yə DSMF-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu arayışların 63 min 342-si pensiya, 31 min 98-i müavinət və təqaüd, 27 min 394-ü fərdi şəxsi hesab, 4647-si ünvanlı dövlət sosial yardımı, 1389-u ünvanlı dövlət sosial yardımı ödənişləri, 1527-si sağlamlıq imkanları məhdud olan uşaqlar, 5254-ü əlilliyi olan şəxslərə qulluqla bağlı olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью