Son 7 ayda heyvandarlıq məhsullarının istehsalı 1,1 faiz artıb

15.08.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 15 avqust, AZƏRTAC

2025-ci ilin yanvar-iyul aylarında diri çəkidə 335,3 min ton ət, 1315,5 min ton süd, 1415,7 milyon ədəd yumurta, 13,7 min ton yun, 186,6 ton barama istehsal olunub

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə yumurta istehsalı 2,2 faiz, ət istehsalı 1,2 faiz, süd istehsalı 0,3 faiz artıb, yun istehsalı 3 faiz, barama istehsalı isə 22,1 faiz azalıb.

2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,3 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 1,1 faiz artıb, bitkiçilik məhsulları istehsalı isə 0,4 faiz azalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью