Son 7 ayda işdən qanunsuz çıxarılmış 63 nəfər əvvəlki işlərinə bərpa etdirilib

20.08.2026

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-iyul ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 456049 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Nazirlikdən APA-ya verilən məlumata görə, görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib.

Bildirilib ki, bu vəsaitlərin 91 faizi əməkhaqqı, 9 faizi isə zərərə görə ödənc, müavinət və kompensasiyalardan ibarət olub: "Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 63 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib. Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью