Son 7 oyunun hamısında qələbə qazanıblar

31.03.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son 7 oyunun hamısında qələbə qazanıblar

Almaniya millisi baş məşqçi Yulian Naqelsmanın rəhbərliyi altında qələbə seriyasını 7 matça çatdırıb.

QOL.az xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb. Bu, Almaniya millisinin son illərdə ən uzun qalibiyyət seriyasıdır. Komanda sonuncu dəfə Hans-Diter Flikin rəhbərliyi dövründə – 2021-ci ilin sentyabrından 2022-ci ilin martına qədər 8 oyunluq qələbə seriyası əldə etmişdi.

Almaniya yığması martın 30-da yoxlama matçında Qana millisini 2:1 hesabı ilə məğlub edib. 

Qeyd edək ki, Yulian Naqelsman 2023-cü ilin sentyabrından Almaniya millisinin baş məşqçisidir. Onun müqaviləsi 2025-ci ilin yanvarında uzadılaraq 2028-ci ilə qədər artırılıb.

Almaniya millisi 2026-cı il dünya çempionatının E qrupunda Kurasao, Kot-d’İvuar və Ekvador milliləri ilə mübarizə aparacaq. Turnir 11 iyun – 19 iyul 2026-cı il tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью