Son 9 ayda 900 ə yaxın əcnəbi Gürcüstandan çıxarılıb

19.10.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Tbilisi,19 oktyabr, AZƏRTAC

Gürcüstan hökumətinin qərarına əsasən, 2025-ci il yanvarın 1-dən sentyabrın 30-dək 851 əcnəbi vətəndaş ölkədən çıxarılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədən deportasiya edilən əcnəbilərin siyahısında Hindistan vətəndaşları 1-ci olub. Üç rüb ərzində ümumilikdə 166 hindistanlı ölkədən çıxarılıb.

Əcnəbilərin deportasiya edilməsinə səbəb onların ölkədə qanuni qalma müddətini keçmələridir. Gürcüstandakı əksər əcnəbilər üçün bu müddət 365 gündür.

Xətayi Əzizov

AZƏRTAC -ın xüsusi müxbiri

Tbilisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью