Son anda ölümdən xilas ola bildi Video

29.01.2026

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünən paytaxtın Suraxanı rayonu Zığ qəsəbəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəzanın baş verdiyi anın görüntüləri sosial şəbəkələrdə yayılıb.

Belə ki, yol kəsişməsində “Mercedes” markalı kiçiktutumlu yük avtomobili sürücünün idarəetməsindən çıxıb. Nəticədə maşın öz yolu ilə hərəkət edən “Fiat Doblo” və “Hyundai” markalı digər minik avtomobilləri ilə toqquşub. Zərbənin təsirindən avtomobillər yaşıllıq zolağa daxil olublar. Bu zaman piyada səkisində dayanan vətəndaşlardan biri son anda ölümdən xilas ola bilib.

Hadisə anının görüntülərini təqdim edirik:

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью