Son baş məşqçinin göstəricisini təkrarladı

12.06.2026

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cənubi Koreya millisinin hücumçusu Son Hın-Min dünya çempionatları tarixində xüsusi göstəriciyə imza atıb.

Apasport.az xəbər verir ki, 33 yaşlı futbolçu DÇ-2026-nın A qrupunda Çexiyaya qarşı keçirilən I turun matçında meydana çıxıb.

Start heyətində yer alan və 69-cu dəqiqədə əvəzlənən Son Hın-Min bununla da karyerasında 4-cü dəfə mundialda iştirak edib. O, 2014, 2018, 2022 və 2026-cı illərdə dünya çempionatında forma geyinib.

Son Hın-Min Cənubi Koreya millisinin tarixində bunu bacaran ikinci futbolçu olub. Daha əvvəl hazırda yığmanın baş məşqçisi olan Hon Myanq-Bo da 4 dünya çempionatında çıxış edib.

Qeyd edək ki, Cənubi Koreya Çexiyaya 2:1 hesabı ilə qalib gəlib.

İnfantino ABŞ-la bağlı peşman deyil: “Problemlərlə məşğul olmağa öyrəşmişəm” Lionel Skaloni: "Futbolçular elə qaçırlar, sanki sabah yoxdur" DÇ-26: Hansı oyun, saat neçədə, hansı kanalda? DÇ-2026: Avstraliya - Türkiyə matçının hakimləri bəlli oldu Nadir Orucov: "Sanki öz gənclərinə güvənmirlər"
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью