Son beş ayda DSMF yə 214 mindən çox vətəndaş müraciət edib

04.06.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 4 iyun, AZƏRTAC

Bu ilin yanvar-may ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə ümumilikdə 214 min 12 vətəndaş müraciəti qeydə alınıb.

Bu barədə AZƏRTAC-a fondun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, müraciətlərdən 87 min 585-i pensiya, 52 min 669-u müavinət, 7 min 698-i Prezident təqaüdü, 42 min 919-u ünvanlı dövlət sosial yardımı, 5 min 351-i fərdi uçot və sosial sığorta, 866-sı dövlət icbari şəxsi sığorta və 16 min 924-ü isə digər istiqamətlərlə bağlı olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью