Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanda mina qurbanlarının statistikası açıqlanıb.
Lent.az-ın məlumatına görə, Baş Prokurorluqda bu gün keçirilən geniş kollegiya iclasında bildirilib ki, 2025-ci ildə mina və partlamamış hərbi sursat partlayışları nəticəsində 33 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
2020-ci ilin noyabr ayından hazırki vaxtadək isə ümumilikdə 417 şəxs bu hadisələrin qurbanı olub, onlardan 71 nəfəri həlak olub, 346 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb.