Son bir ayda 945 şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

03.06.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 3 iyun, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı iştirakçılarının aktivlərlə təminatı davam etdirilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən ay paytaxt və regionlarda 945 nəfər işsiz və işaxtaran şəxs bu proqram çərçivəsində mal və materiallar formasında aktivlərlə təmin olunub.

Verilmiş aktivlər hesabına proqram iştirakçıları üçün kənd təsərrüfatı, istehsal və xidmət sahələri üzrə kiçik təsərrüfatlar yaradılıb.

Proqrama cəlb olunanlar üçün ilk mərhələdə təlimlər təşkil edilir, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir.

Təlimləri bitirənlərə biznes planlarına uyğun aktivlər verilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью