Son bir ayda dövlət sektorunda işləyən min nəfər öz işini itirib

11.04.2025

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


Bu ilin mart ayının 1-ə olan məlumata görə, Azərbaycanda muzdla (əmək müqaviləsi ilə) çalışan işçilərin sayı 1 milyon 758,8 min nəfər olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, muzdla çalışan işçilərin 878,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 880,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Müqayisə üçün bildirək ki, son bir ay ərzində, yəni fevral ayında dövlət sektorunda çalışan muzdlu işçilərin sayı təxminən min nəfər azalıb, özəl sektorda çalışan muzdlu işçilərin sayı isə 2,8 min nəfər artıb.
Murad Məmmədov
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью