Son bir ayda metrodan istifadə edənlərin sayı 19 mini keçib | Icma.az
Icma.az, Anews saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2024-cü ilin on bir ayında metrodan istifadə edənlərin sayı 208,6 milyon nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,3% çoxdur.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Yanvar-oktaybr ayında bu rəqəm 188,9 milyon nəfər təşkil edib.
Bu da o deməkdir ki, son bir ayda metrodan istifadə edənlərin sayında 19.7 min nəfər artım olub.
Son zamanlar metronun fəaliyyətində intervallar arasında fərqlər yaranıb. Belə ki, qurum bunu sərnişlərin sıxlığı ilə əlaqələndirib.
Eyni zamanda sosial şəbəkələrdə metroda yaranan sıxlıqla bağlı müxtəlif videogörüntülər paylaşılıb.
Gülnar Nazimqızı www.anews.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu