Son bir həftə ərzində 49 terrorçu zərərsizləşdirilib

02.01.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Türkiyə Silahlı Qüvvələri son bir həftə ərzində İraq və Suriyanın şimalı daxil olmaqla aparılan əməliyyatlar zamanı 49 terrorçunu zərərsizləşdirib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həyata keçirilən antiterror əməliyyatları çərçivəsində son bir həftədə 49 terrorçu zərərsizləşdirilib.

Bölgələrin relyefinə uyğun olaraq qeyri-adi, gözlənilməz, sürətli və davamlı icra prinsipləri əsasında həyata keçirilən müəyyən əməliyyatlarla 2024-cü ildə Suriyanın şimalında 1579, İraqın şimalında isə 1491 olmaqla ümumilikdə 3 min 70 terrorçu zərərsizləşdirilib.

Bundan əlavə, il ərzində ümumilikdə 107 terrorçu təslim olub.

Nazirlikdən verilən açıqlamada, son terrorçunun Türkiyə üçün təhlükəsi qalmayana qədər mübarizənin fasiləsiz davam edəcəyi vurğulanıb.

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью