Son bir həftədə 170 işsiz şəxs aldığı aktivlər hesabına təsərrüfatlar qurub

04.02.2025

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son bir həftədə daha 170 işsiz və işaxtaran şəxsə aktivlər təqdim edilib və onlar aldıqları aktivlər hesabına kiçik təsərrüfatlarını qurublar.

"Report" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, özünüməşğulluq proqramının genişlənməsinə töhfə verən “Məşğulluğa Dəstək Layihəsi” həssas əhali qruplarının (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardımı alanlar və b.) kiçik biznesə çıxışına dəstək verir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью