Son bir həftədə 24 terrorçu zərərsizləşdirilib

13.03.2025

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri, həmçinin nazirliyin sözçüsü kontr-admiral Zeki Aktürk Milli Müdafiə Universitetinin (MSÜ) Hərbi Akademiyasında həftəlik mətbuat konfransında çıxış edib.

Xalqcəbhəsi.az “Anadolu” Xəbər Agentliyinə istinadən xəbər verir ki, Z.Aktürk çıxışı zamanı bir çox məsələlərə toxunub. O, terrorla mübarizə əməliyyatları haqqında da məlumat verərək qeyd edib ki, son bir həftədə 24 terrorçu zərərsizləşdirilib: “Beləliklə, yanvarın 1-dən bu günə qədər Suriyanın şimalında 296, İraqın şimalında isə 206 olmaqla cəmi 502 terrorçu zərərsizləşdirilib. Ölkəmizdəki son terrorçu məhv edilənə qədər mübarizəmiz fasiləsiz olaraq davam edəcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью