Son bir həftədə daha 170 şəxsə aktivlər təqdim edildi

04.02.2025

Teleqraf.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” iştirakçılarının aktivlərlə təminatı davam edir.

Bu barədə Teleqraf.com-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, layihə üzrə son bir həftədə daha 170 işsiz və işaxtaran şəxsə aktivlər təqdim edilib və onlar aldıqları aktivlər hesabına kiçik təsərrüfatlarını qurublar.

Özünüməşğulluq proqramının genişlənməsinə dəstək olan layihə həssas əhali qruplarının (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardımı alanlar və b.) kiçik biznesə çıxışına dəstək verir.

Layihəyə cəlb olunanlar üçün ilkin mərhələdə biznes təlimlər təşkil olunur. Təlimləri uğurla bitirənlərə seçdikləri istehsal və xidmət sahələri üzrə təsərrüfatlarını qurmaları üçün avadanlıqlar verilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью