Son bir həftədə Efiopiyada 55 zəlzələ olub

03.01.2025

Icma.az, Manset portalına istinadən məlumat verir.

Efiopiyada 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Manset.az Report-a istinadən bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, təbii fəlakətin episentri təxminən 30,7 min nəfər əhalisi olan Asbe-Tefari şəhərindən 54 km şimal-qərbdə olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşir.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Xatırladaq ki, son bir həftə ərzində Efiopiyada 55 zəlzələ qeydə alınıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью