Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hörmüz boğazında neft gəmiləri partlamağa davam edir, neft qiymətləri yüksəlir və ABŞ Fars körfəzində rekord sayda gəmi donanması toplaşır.
Bu barədə “Euronews” məlumat yayıb.
ABŞ və İran bazar günündən bəri sürətlə artan eskalasiyanın bir hissəsi olaraq getdikcə daha genişmiqyaslı hava hücumları mübadiləsi aparırlar. İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) məlumatına görə, bazar ertəsi günü Hörmüz boğazında daha iki neft tankeri partlayıb və həftənin əvvəlindən bəri sularda yanğına uğrayan gəmilərin ümumi sayı altıya çatıb.
Bazar ertəsi gecəsi ABŞ ordusu ölkənin cənubunda İranın raket buraxıcılarına qarşı yeni zərbələr endirib. Bu, İranın Bəhreyndəki ABŞ bazasına hücumlarına və Hörmüz boğazında tankerlərə raket hücumlarına cavab olaraq baş verib. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasındakı iki digər təyyarədaşıyan zərbə qrupuna qoşulan “USS Theodore Roosevelt” təyyarədaşıyan gəmisinin gəlişi ilə bölgədəki vəziyyət kəskin şəkildə gərginləşib.
P.ƏMİRCANOV
XQ