“Son bir il ərzində MyGov un istifadəçi bazası 3 dəfə artıb”

09.06.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


“Ölkədə ən sürətlə inkişaf edən mobil tətbiq məhz MyGov-dur”.
Yeniavaz.com
xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov Bakıda keçirilən “X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti”ndə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, son bir il ərzində MyGov-un istifadəçi bazası xeyli artıb.
“Son bir il ərzində MyGov-un istifadəçi bazası 3 dəfə artaraq 3,2 milyona çatıb. Bu platforma üzərindən təqdim olunan xidmətlərin sayı son bir ildə 11 dəfə, istifadəçilərə təqdim edilən məlumatların sayı isə 2 dəfə artıb”, - deyə o qeyd edib.
Fəridə Əsədzadə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью