Son bir ildə BP şirkətində işləyən azərbaycanlıların sayı 32 nəfər azalıb

06.08.2026

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Bu ilin 2-ci rübünün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 363 nəfər olub və buraya müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat “BP-Azərbaycan” şirkətinin hesabatında yer alıb.
Məlumat üçün bildirək ki, ötən ilin eyni dövründə BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 395  nəfər olub. Bu isə o deməkdir ki, son bir il ərzində BP şirkətində işləyən Azərbaycan vətəndaşlarının sayı 32 nəfər azalıb.
Elnur Əli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью