Son bir ildə “Xalq” və “Əməkdar” adı daşıyanların sayı azalıb

22.11.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


Bu ilin oktyabr ayının əvvəlinə olan sonuncu məlumata görə, Azərbaycanda 234 nəfər “Xalq”, 4 386 nəfər isə “Əməkdar” fəxri adına görə təqaüd alır.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, son bir ildə “Xalq” fəxri adı daşıdığına görə təqaüd alanların sayı 9 nəfər, “Əməkdar” fəxri adı daşıdığına görə təqaüd alanların sayı isə 72 nəfər azalıb.
Onu da bildirək ki, “Xalq” və “Əməkdar” fəxri adı daşıyan şəxslərə verilən təqaüdün məbləği son bir ildə dəyişməyib. “Xalq” fəxri adı daşıyanlara ayda 300 manat, “Əməkdar” fəxri adı daşıyanlara isə ayda 200 manat təqaüd verilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью