Footbal-plus saytına istinadən Icma.az xəbər verir.
“Liverpul”un İngiltərə çempionatındakı uğursuz seriyası davam edir.
"Football-plus.az" xəbər verir ki, premyer-liqanın son çempionu şənbə günü səfərdə “Brentford”a 2:3 hesabıyla uduzub. Bu, Arne Slotun komandasının premyer-liqada ardıcıl 4-cü məğlubiyyəti olub. “Qırmızılar” 2021-ci ilin fevralından sonra ilk dəfə belə uğursuz seriyaya düçar olublar. Onlar çempionatda sonuncu dəfə sentyabrın 20-də “Everton”a 2:1 hesabıyla qalib gəliblər.
“Liverpul” hazırda 9 oyuna 15 xalla 6-cı yeri tutur. Lider “Arsenal”ın 8 oyuna 19 xalı var.