Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyədə narkotik və fahişəliklə bağlı istintaq çərçivəsində müğənni Özcan Dəniz və aktrisalar Dəniz Çakır və Burcu Özberk də daxil olmaqla 20 nəfər saxlanılıb.
Bizim.Media xəbər verir ki, ümumilikdə 35 şübhəli barəsində saxlanılma qərarı verilib. Əməliyyat İstanbul Prokurorluğunun göstərişi ilə fahişəlik, narkotik vasitələrin alveri, qadağan olunmuş maddələrin əldə edilməsi, həmçinin onların istifadəsi və saxlanılması ilə bağlı şübhələri əhatə edən istintaq çərçivəsində həyata keçirilir.
KİV-in məlumatına görə, saxlanılanlar arasında aktyor Murat Ceylan, rejissor Cem Karcı və tədbir təşkilatçısı Erdal Bozkuş da var.
Bizim.Media