Idmanxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Azərbaycan Kubokunun finalının vaxtı dəyişdirilə bilər.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, buna səbəb Bakıda keçiriləcək Minifutbol üzrə dünya çempionatıdır.
Ölkəmizdə təşkil ediləcək turnirin finalı iyunun 1-də baş tutacaq.
Bu, futbol üzrə Azərbaycan Kubokunun həlledici görüşü ilə eyni vaxta təsadüf edir.
Federasiyalar arasında gedən danışıqlarda bu məsələ artıq müzakirə edilib.
Böyük ehtimalla Peşəkar Futbol Liqası ölkə kubokunun final matçının vaxtını dəyişdirəcək.
Xatırladaq ki, Azərbaycan Kubokunun finalı Sumqayıtda baş tutacaq.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.