SON DƏQİQƏ! Azərbaycanda bu stadionun adı və ot örtüyü dəyişdirilir (ÖZƏL) İdmanXəbər

29.12.2024

Idmanxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hazırda Azərbaycan II Liqasında mubarizə aparan “Şəfa”nın ev oyunlarını keçirdiyi “ASK Arena”nın adı dəyişdiriləcək.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, 2018-ci ildən “ASK Arena” adlandırilan stadionun təkcə adı deyil həmçinin ot örtüyü də dəyişdiriləcək. Stadionun ot örtüyü hazırda sünidi və onun təbii meydança olacağı dəqiqləşib.

Hazırda stadion AFFA-nın balansındadı. Qurum bu stadionu hansı kluba verəcəyi isə yaxın aylarda dəqiləşəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin ləğv edilməsi, bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Korporasiyanın aşağıdakı müəssisələri Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib:

– “Azərbaycan alüminiumu” ASC;

– “Azəralüminium” MMC;

– “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью