SON DƏQİQƏ! “Azercell”in yeni qiymətləri bu cür olacaq RƏSMİ AÇIQLAMA KONKRET | Icma.az
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Son günlər sosial şəbəkələrdə “Azercell” mobil operatorunun yeni tarifləri müzakirələrə səbəb olub.
Belə ki, yeni tarifə görə, bir manat ödənişlə nömrə yalnız bir gün aktiv qala biləcək.
Bu da o deməkdir ki, nömrəni aktiv saxlamaq üçün balansa aylıq minimum 30 manat yükləmək lazım gələcək.
Bu isə insanlara, xüsusilə yaşlılara sərf etmir. Bəs əslində söhbət hansı tariflərdən gedir? Bu tariflər hansı tarifləri əvəzləyir?
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı “Azercell”dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 19 iyun 2025-ci il tarixindən etibarən fakturasız (SimSim) xətt nömrələrində danışıq kartlarının istifadəsi ilə bağlı yeni yanaşma tətbiq ediləcək.
Qeyd edilib ki, bu dəyişiklik çərçivəsində, balansın mütəmadi şəkildə artırılması zərurəti aradan qaldırılır.
Belə ki, balansda yetərli vəsait olduğu halda tarif paketinin aylıq abunə haqqı balansdan avtomatik çıxılacaq və nömrə 30 gün müddətində ikitərəfli, bu müddətdən sonra isə 90 gün ərzində birtərəfli (yəni müştəri ona gələn zəng və SMS-ləri qəbul edə bilir) olaraq açıq qalmağa davam edəcək.
Tam oxu
Xəbəri oxu