SON DƏQİQƏ! Bakı metrosunda nə baş verir? RƏSMİ MƏLUMAT

20.11.2026

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı metrosunda Qırmızı xətdə qatarların hərəkətinin tənzimlənmə qurğusunda qısamüddətli texniki xəta baş verib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Bakı Metropolitenindən bildirlib.

Qeyd edilib ki, bu səbəbdən hərəkət təhlükəsizliyini təmin edən mühafizə sistemi işə düşüb və qatarların hərəkəti ehtiyat sistem vasitəsilə tənzimlənib. Elektronika məhsulları

Nəticədə yalnız Qırmızı xətdə qatarların hərəkətində yubanmalar yaranıb. Yaşıl və Bənövşəyi xətlərdə isə qatarlar normal qrafik üzrə hərəkətini davam etdirib.

"Dərhal texniki baxış keçirilib, xəta müəyyən edilərək 5 dəqiqə ərzində operativ şəkildə aradan qaldırılıb. Hazırda Qırmızı xətdə qatarların hərəkəti pik saat intervalına uyğun təmin edilir", - məlumatda vurğulanıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью