Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media əməkdaşının verdiyi məlumata görə, hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb.
“Hyundai i20” markalı avtomobilin qadın sürücüsü piyada keçidi olmayan ərazidən yolu keçən gənc xanımı vurub.
Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası yaralıya ilkin yardım göstərib və o, ambulansla xəstəxanaya aparılıb.
Qəza yerinə polis əməkdaşları cəlb olunub.
Aygün Hüseyn, Sadiq Məmmədov, Bizim.Media