SON DƏQİQƏ: Bakıda böyük məbləğdə pul tapıldı, sahibi axtarılır FOTO

07.01.2025

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paytaxtda polis əməkdaşları tərəfindən külli miqdarda pul vəsaiti tapılıb.
Bizim.Media xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında yazıb.
“Təcili! Bu dəqiqələrdə Səbail rayonunda olan Əl Oyunları Sarayında basketbol beynəlxalq yarışında polis əməkdaşları 10000 manat pul tapıblar. Xahiş edirik pul itirən hansısa iştirakçı varsa yaxınlıqda olan polis əməkdaşlarına məlumat versinlər”, - paylaşımda qeyd edilib.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью